Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elsevər Əhədzadənin məzarı ziyarət edilib

25 oktyabr 2023 | 14:47

25 oktyabr 2023-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhədzadə Elsevər Ağacan oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin rəisi Elxan Feyziyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Elsevər Əhədzadə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər