Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elsevər Əhədzadənin xatirəsi anılıb

25 oktyabr 2022 | 14:23

25 oktyabr 2022-ci il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Əhədzadə Elsevər Ağacan oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Elsevər Əhədzadə 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər