Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Eltun Qasımovun ailəsi ziyarət edilib

26 sentyabr 2023 | 12:34

26 sentyabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsində şəhid olmuş Qasımov Eltun Vüqar oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhid  Eltun Qasımovun şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Ziyarət zamanı həmçinin şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Eltun Qasımov 14 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər