Vətən müharibəsi şəhidi Eltun Vüqar oğlu Qasımovun məzarı ziyarət edilib
18 oktyabr 2024-cü il tarixində Qasımov Eltun Vüqar oğlunun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət edilib.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Eltun Qasımov 14 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.