Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Eltun Vüqar oğlu Qasımovun xatirəsi yad edilib

18 oktyabr 2025 | 11:57

18 oktyabr 2025-ci il tarixində Qasımov Eltun Vüqar oğlunun Keşlə Şəhidlər Xiyabanında məzarı ziyarət edilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müainləri İldırım Mehdiyev, Şahsoltan Həsənov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. 

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Eltun Qasımov 14 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər