Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elvin Abasovun ailəsi ziyarət edilib

25 sentyabr 2023 | 17:33

25 sentyabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsində şəhid olmuş Abasov Elvin Səxavət oğlunun ailəsini ziyarət ediblər.

İlk öncə şəhidin yaşamış olduğu evin qarşısında qoyulmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyulub.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Qeyd edək ki, Elvin Abasov 08 noyabr 2020-ci il tarixində Xocəvənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb və 22 noyabr 2020-ci il tarixində Bakıda vəfat edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər