Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elvin Abasovun doğum günündə xatirəsi anılıb

16 iyun 2023 | 14:16

16 iyun 2023-cü il tarixində  Şamaxı şəhərindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Abasov Elvin Saxavət oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Elvin Abasov 08 noyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb və 22 noyabr 2020-ci il tarixində Bakıda vəfat edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər