Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elvin Səxavət oğlu Abasovun ailəsi ziyarət edilib

18 sentyabr 2025 | 17:03

18 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev Abasov Elvin Səxavət oğlunun ailəsini ziyarət ediblər.

Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev şəhidin atası Səxavət Abasovu doğum günü münasibətilə təbrik edib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Elvin Abasov 08 noyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb və 22 noyabr 2020-ci il tarixində Bakıda vəfat edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər