Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əsəd Əsədlinin ailəsi ziyarət olunub

23 iyul 2025 | 16:52

23 iyul 2025-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Əsəd Mahir oğlu Əsədlinin ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı bildirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək ki, Əsəd Əsədli 09 noyabr 2020-ci il tarixində Xocəvənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər