Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əsəd Əsədlinin doğum günündə xatirəsi anılıb

17 iyun 2023 | 14:14

17 iyun 2023-cü il tarixində II Fəxri Xiyabanında Vətən müharibəsi şəhidi Əsədli Əsəd Mahir oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Əsəd Əsədli 09 noyabr 2020-ci il tarixində Xocəvənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilib.

 

Keçidlər