Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əsəd Əsədlinin xatirəsi anılıb

17 noyabr 2022 | 18:06

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Əsəd Əsədli 09 noyabr 2020-ci il tarixində Xocəvənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilib.

Keçidlər