Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əsəd Əsədlinin xatirəsinə həsr edilmiş tədbir keçirilib

14 noyabr 2023 | 20:32

14 noyabr 2023-cü il tarixində 229 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Əsədli Əsəd Mahir oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, məktəbin məzunları olmuş şəhidlərin abidəsini ziyarət edib, önünə gül düzüb, xatirələrini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən müharibəsi veteranı, rejissor Nicat Cəlilovun şəhid Əsədli Əsəd Mahir oğlunun xatirəsinə həsr edilmiş filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, 229 saylı orta məktəbin direktoru Vüsalə Məmmədova, Vətən müharibəsi veteranı, rejissor Nicat Cəlilov, şəhidin müəllimləri, dostları və ailə üzvləri çıxış ediblər.

Çıxışlardan sonra məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər