Vətən müharibəsi şəhidi Əsəd Mahir oğlu Əsədlinin doğum günündə xatirəsi anılıb
17 iyun 2024-cü il tarixində II Fəxri Xiyabanında Vətən müharibəsi şəhidi Əsədli Əsəd Mahir oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Əsəd Əsədli 09 noyabr 2020-ci il tarixində Xocəvənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.