Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İnşallah Cəfərovun ailəsi ziyarət edilib

27 fevral 2025 | 09:01

26 fevral 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Cəfərov İnşallah Hacıağa oğlunun ailəsini ziyarət ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin atası Cəfərov Vüqar İnşallah oğlunu doğum günü münasibətilə təbrik edib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Vüqar Cəfərov Cəbrayılın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib və 05 oktyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycan Respuiblikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər