Vətən müharibəsi şəhidi kapitan Hətəmxan Məti oğlu Quliyevin məzarı ziyarət edilib
29 sentyabr 2025-ci il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsində şəhid olmuş kapitan Quliyev Hətəmxan Məti oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, RİHBA-nın məsul əməkdaşları, rayonun gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, kapitan Quliyev Hətəmxan 28 sentyabr 2020-ci il tarixində Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hətəmxan Quliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.






