Vətən müharibəsi şəhidi leytenant Kənan Süleymanlının ailəsi ziyarət edilib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 17 avqust 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Kənan Süleymanlının ailəsini ziyarət edib, şəhidin anası Səadət Şirəliyevanı doğum günü münasibətilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb.
Görüş zamanı qazilərə və şəhid ailələrinə dövlət tərəfindən hər zaman həssaslıqla yanaşıldığı, onların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramların həyata keçirildiyi və bunun davamlı olduğu bildirilib.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət, ehtiram və sosial dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Kənan Süleymanlı 09 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.






