Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi leytenant Kənan Süleymanlının ailəsi ziyarət edilib

16 avqust 2025 | 17:46

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 16 avqust 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Süleymanlı Kənan Sadıx oğlunun anası Səadət Şirəliyevanın doğum günü ilə əlaqədar ailəsini ziyarət edib.

Ziyarət zamanı şəhid ailələrinə diqqət və qayğının dövlət başçımızın xüsusi nəzarətində olduğu, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların, şəhid olanların ailələrinə dövlət tərəfindən hər zaman həssaslıqla yanaşıldığı, şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramların həyata keçirildiyi və bundan sonra da davam etdiriləcəyi bildirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin anası Səadət Şirəliyevanı doğum günü münasibətilə təbrik edib.

Vətən müharibəsi şəhidi Kənan Süleymanlının ailəsi ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərdiyi diqqət və qayğıya, qarşılaşdıqları sosial problemlərin aradan qaldırılması üçün edilən köməkliyə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Kənan Süleymanlı 09 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər