Vətən müharibəsi şəhidi leytenant Kənan Süleymanlının doğum günündə xatirəsi anılıb
30 yanvar 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqda leytenant Süleymanlı Kənan Sadıx oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İldırım Mehdiyev, RİHBA-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taleh Əliyev, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Kənan Süleymanlı 09 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.






