Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi leytenant Teymur Tehran oğlu Məcidzadənin məzarı ziyarət edilib

10 oktyabr 2026 | 16:00

10 oktyabr 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi leytenant Məcidzadə Teymur Tehran oğlunun doğum günü ilə əlaədar məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Şahsultan Həsənov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taleh Əliyev, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev, YAP Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Teymur Məcidzadə 09 noyabr 2020-ci il tarixində Şuşa döyüşlərində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər