Vətən müharibəsi şəhidi mayor İlkin Rzayevin doğum günündə xatirəsi anılıb
28 iyul 2024-cü il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi mayor Rzayev İlkin Cəfər oğlunun doğum günündə xatirəsi anılıb.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, mayor İlkin Rzayev Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, 2 oktyabr 2020-ci il tarixində Murovdağ uğrunda gedən döyüşlərdə təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.