Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi mayor İlkin Rzayevin məzarı ziyarət edilib

17 dekabr 2023 | 14:49

17 dekabr 2023-cü il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi mayor Rzayev İlkin Cəfər oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun gəncləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, mayor İlkin Rzayev Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, 2 oktyabr 2020-ci il tarixində Murovdağ uğrunda gedən döyüşlərdə təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək şəhid olub.

Mayor İlkin Rzayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni,  "Vətən uğrunda" və  "Kəlbəcərin işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər