Vətən müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun ailəsi ziyarət olunub
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi, mayor Rzayev İlkin Cəfər oğlunun ailəsini ziyarət ediblər.
İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov mayor Rzayev İlkin Cəfər oğlunun yaşadığı binanın qarşısındakı xatirə kompleksi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Sonra şəhidin ailəsinin qonağı olan Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin qızı Nur Rzayevanı doğum günü münasibətilə təbrik edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, mayor İlkin Rzayev Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, 2 oktyabr 2020-ci il tarixində Murovdağ uğrunda gedən döyüşlərdə təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.