Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun ailəsi ziyarət edilib

17 dekabr 2025 | 14:23

17 dekabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, şöbənin əməkdaşı Yusif Əliyev, YAP Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov Vətən müharibəsi şəhidi mayor Xəyal Məmmədovun övladı Selin Məmmədovanın doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.

Qeyd edək kİ, Azərbaycan Ordusunun mayoru olan  Xəyal Ağabəy oğlu Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər