Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədov Murad Elşən oğlunun xatirəsi anılıb

15 oktyabr 2026 | 16:19

15 oktyabr 2026-cı il tarixində Vətən müharibəsində şəhidi Məmmədov Murad Elşən oğlunun Keşlə Şəhidlər Xiyabanında məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İldırım Mehdiyev, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taleh Əliyev, YAP Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Murad Məmmədovun ruhuna dualar oxunub, onun xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Murad Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Murad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni, “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər