Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədov Murad Elşən oğlunun xatirəsi anılıb, ailəsi ziyarət edilib

25 sentyabr 2025 | 17:27

25 sentyabr 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Məmmədov Murad Elşən oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət edilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhid Murad Məmmədovun ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd edək ki, Murad Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 15 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Murad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər