Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədov Pərviz Ələddin oğlunun ailəsi ziyarət edilib

23 sentyabr 2025 | 17:06

23 sentyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev Vətən müharibəsi şəhidi Məmmədov Pərviz Ələddin oğlunun ailəsini ziyarət ediblər.

Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Könül Həsənova şəhidin yoldaşı Ayşə Məmmədovanı doğum günü münasibətilə təbrik edib.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Pərviz Məmmədov 30 sentyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər