Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Namiq Cavadovun xatirəsi anılıb

26 oktyabr 2022 | 14:54

26 oktyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda leytenant Cavadov Namiq Rəhbər oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Namiq Cavadov 25 oktyabr 2020-ci il tarixində Füzuli, Xocavənd  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər