Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Natiq Əhmədovun məzarı ziyarət edilib

11 oktyabr 2023 | 17:11

11 oktyabr 2023-cü il tarixində  Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhmədov Natiq Namiq oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin əməkdaşı Cavidan Əliyevşəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. 

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Natiq Əhmədov Füzuli rayonunun və Hadrud qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 11 oktyabr  2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər