Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Natiq Əhmədovun xatirəsi anılıb

11 oktyabr 2022 | 17:21

11 oktyabr 2022-ci il tarixində  Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhmədov Natiq Namiq oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Natiq Əhmədov Füzuli rayonunun və Hadrud qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 11 oktyabr  2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər