Vətən müharibəsi şəhidi Natiq Namiq oğlu Əhmədovun xatirəsi anılıb
11 oktyabr 2026-cı il tarixində Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhmədov Natiq Namiq oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının və Nizami bələdiyyəsinin əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Natiq Əhmədov Füzuli rayonunun və Hadrud qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 11 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.






