Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nicat Əhmədovun doğum günündə məzarı ziyarət olunub

22 sentyabr 2025 | 11:14

22 sentyabr 2025-ci il tarixində  Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Nicat Əhmədov 6 oktyabr 2020-ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Keçidlər