Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nicat Əhmədovun doğum günündə xatirəsi anılıb

22 sentyabr 2023 | 15:49

22 sentyabr 2023-cü il tarixində  Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Nicat Əhmədov 6 oktyabr 2020-ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Keçidlər