Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nicat Əhmədovun məzarı ziyarət edilib

09 oktyabr 2026 | 12:22

09 oktyabr 2026-cı il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidlərin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İldırım Mehdiyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Ağayev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Nicat Əhmədov 8 oktyabr 2020-ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Keçidlər