Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nicat Əhmədovun xatirəsi anılıb

09 oktyabr 2022 | 15:54

09 oktyabr 2022-ci il tarixində  Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Nicat Əhmədov 6 oktyabr 2020-ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Keçidlər