Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Oktay Ağabəyovun ailəsi ziyarət edilib

25 sentyabr 2023 | 16:47

25 sentyabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsində şəhid olmuş Ağabəyov Oktay Baxşəli oğlunun ailəsini ziyarət ediblər.

İlk öncə şəhidin yaşamış olduğu binanın qarşısında qoyulmuş xatirə abidəsinin önünə gül dəstələri qoyulub.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Qeyd edək ki, Oktay Ağabəyov 01.11.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər