Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Oktay Ağabəyovun doğum günündə məzarı ziyarət edilib

22 noyabr 2025 | 16:12

22 noyabr 2025-ci il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Ağabəyov Oktay Baxşəli oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, RİHBA-nın və Keşlə Bələdiyyəsinin əməkdaşları iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Oktay Ağabəyov 01.11.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər