Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Oktay Ağabəyovun doğum günündə məzarı ziyarət edilib

22 noyabr 2023 | 14:22

22 noyabr 2023-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Ağabəyov Oktay Baxşəli oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Oktay Ağabəyov 01.11.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər