Vətən müharibəsi şəhidi Oktay Baxşəli oğlu Ağabəyovun ailəsi ziyarət olunub
14 noyabr 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, şöbənin əməkdaşı Yusif Əliyev, YAP Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov Vətən müharibəsində şəhid olmuş Ağabəyov Oktay Baxşəli oğlunun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidin anası Əlvadə Ağabəyovanı ad günü münasibətilə təbrik edib, cansağlığı, uzun ömür diləyiblər.
Qeyd edək ki, Oktay Ağabəyov 01.11.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.






