Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Oktay Baxşəli oğlu Ağabəyovun xatirəsi anılıb

02 noyabr 2026 | 16:44

2026-cı il 2 noyabr tarixində Keşlə Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Ağabəyov Oktay Baxşəli oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Oktay Ağabəyov 01.11.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Oktay Ağabəyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.06.2026-cı il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.  

Keçidlər