Vətən müharibəsi şəhidi Oktay Baxşəli oğlu Ağabəyovun xatirəsi anılıb
02 noyabr 2025 | 11:39
02 noyabr 2025-ci il tarixində Keşlə Şəhidlər Xiyabanında Ağabəyov Oktay Baxşəli oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Oktay Ağabəyov 01.11.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.






