Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Pənahov Ülvinin məzarı ziyarət edilib

07 oktyabr 2026 | 15:52

07 oktyabr 2026-cı il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Pənahov Ülvi Nizami oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taleh Əliyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov, Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Ülvi Pənahov 3 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Keçidlər