Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Anar Əliyevin ailəsi ziyarət olunub

13 dekabr 2023 | 19:26

13 dekabr 2023-cü il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və aparatın məsul əməkdaşları Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhid  Anar Əliyevin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı bildirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhidin qızı Nigar Əliyevanı doğum günü münasibətilə təbrik edib, şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, ailənin istəklərinin həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Qeyd edək ki, Anar Əliyev 21 oktyabr 2020-ci il tarixində Xocavənd döyüşlərində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər