Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun ailəsi ziyarət olunub

13 dekabr 2025 | 17:50

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, RİHBA-nın məsul əməkdaşları dekabrın 13-də Vətən müharibəsi şəhidi polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun ailəsini ziyarət ediblər.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova şəhidin qızı Nigar Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Ziyarət zamanı şəhid  Anar Əliyevin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Anar Əliyev 21 oktyabr 2020-ci il tarixində Xocavənd döyüşlərində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər