Vətən müharibəsi şəhidi Qasımov Eltun Vüqar oğlunun xatirəsi yad edilib
18 oktyabr 2026-cı il tarixində Qasımov Eltun Vüqar oğlunun Keşlə Şəhidlər Xiyabanında məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının, Nizami və Keşlə bələdiyyələrinin əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Eltun Qasımov 14 oktyabr 2020-ci il tarixində Hadrut döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.






