Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Qələndər Alıyevin ildönümündə məzarı ziyarət edilib

28 noyabr 2025 | 17:34

28 noyabr 2025-ci il tarixində Sabunçu rayon Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında Alıyev Qələndər Nofəl oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Qələndər Alıyev 07 oktyabr 2020-ci il tarixində Suqovuşan  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər