Vətən müharibəsi şəhidi Qələndər Alıyevin ildönümündə məzarı ziyarət edilib
28 noyabr 2024-cü il tarixində Sabunçu rayon Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında Alıyev Qələndər Nofəl oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, RİHBA-nın əməkdaşları, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin rəis müavini Bəhruz Hüseynov iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Qələndər Alıyev 07 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.