Vətən müharibəsi şəhidi Qələndər Alıyevin məzarı ziyarət edilib
07 oktyabr 2026 | 17:32
07 oktyabr 2026-cı il tarixində Sabunçu rayon Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında Alıyev Qələndər Nofəl oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Qələndər Alıyev 07 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.






