Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Qələndər Alıyevin məzarı ziyarət edilib

28 noyabr 2023 | 15:43

28 noyabr 2023-cü il tarixində Sabunçu rayon Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında Alıyev Qələndər Nofəl oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin rəisi Elxan Feyziyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Qələndər Alıyev 07 oktyabr 2020-ci il tarixində Suqovuşan  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər