Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Rafael İbrahimovun doğum günündə xatirəsi anılıb

28 may 2023 | 15:40

28 may  2023-cü il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi İbrahimov Rafael Emin oğlunun məzarı ziyarət edilib.

Anım mərasimində şəhidin ailə üzvləri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları iştirak ediblər.

Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Rafael İbrahimov 21 oktyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək şəhid olub. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Keçidlər