Vətən müharibəsi şəhidi Rəfael İbrahimovun doğum günündə xatirəsi anılıb
28 may 2026 | 15:43
28 may 2026-cı il tarixində Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi İbrahimov Rəfael Emin oğlunun məzarı ziyarət edilib.
Anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHBA-nın məsul əməkdaşları iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Rəfael İbrahimov 21 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.






